“Biz evimizi, elimizi, yurdumuzu qoruyuruq!”
Ön xətt bölmələrimizdə xidmət edən gənc zabitlərdən biri də Bayram Əliyevdir. Zabit peşə seçiminə özü qərar verir... O, "hərbçi olacam, ömrümü hərb peşəsinə bağlayacam" deyib, sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə hazırlayır. Uğurlu göstəricilərlə liseyə daxil olur. Kursantlıq dövrünün ilk vaxtlarında yaranan çətinliklərdən qorxmur, əksinə, bu çətinliklərin öhdəsindən bacarıqla gəlir...davamı
Hərbi qulluqçulara pul əvəzinə natural ərzaq verilməsinə başlandı
Ordu quruculuğu işinin dövlət rəhbərliyi səviyyəsində prioritet elan olunması və bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi qısa zaman kəsiyində müvafiq sahədə ciddi uğurların əldə edilməsi ilə müşayiət olunur. Belə ki, dövlət büdcəsindən orduya ayrılan xərclərin ilbəil artırılması, şəxsi heyətin ixtiyarında olan silah-sursatın və hərbi texnikaların modernləşdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzalanan qərar və sərəncamlar ölkənin müdafiə qüdrətini dəfələrlə artırıb, Azərbaycan Ordusunun döyüş hazırlığında yeni keyfiyyət göstəricilərinin əldə olunmasına rəvac verib...davamı
“Vətəni qorumaq müqəddəs vəzifəmizdir”
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin artilleriya bölməsində ezamiyyətdə olduğumuz zaman gizir Emin Quliyevlə tanış olduq. "Bu gün ordu sıralarında xidmət edən hər bir kəsin borcu ordumuzun inkişafında, şəxsi heyətin hərbi biliklərinin təkmilləşdirilməsində vasitəçi olmaqdır", - deyə müsahibim söhbətə başladı...davamı
Söz onun həyatıdır
VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində Əməkdar incəsənət xadimi Abdulla Qurbani ilə görüş keçirildi
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin yaradıcılığına həsr olunmuş "Bir əlində silah, birində qələm" devizi ilə görüş keçirildi...davamı
Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubileyinə həsr olunan beynəlxalq turnir keçirildi
"Sərhədçi" Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ənənəvi "Olimpiya ümidləri" adlı beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirildi. Beynəlxalq xatirə turnirində Müdafiə Nazirliyinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları, bir qrup zabit, əsgər, gizir heyəti, Daxili İşlər Nazirliyinin və digər dövlət qurumlarının, o cümlədən ictimaiyyət nümayəndələri iştirak etdilər...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı