Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2019 12:46

“Vətəni qorumaq müqəddəs vəzifəmizdir”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin artilleriya bölməsində ezamiyyətdə olduğumuz zaman gizir Emin Quliyevlə tanış olduq. "Bu gün ordu sıralarında xidmət edən hər bir kəsin borcu ordumuzun inkişafında, şəxsi heyətin hərbi biliklərinin təkmilləşdirilməsində vasitəçi olmaqdır", - deyə müsahibim söhbətə başladı.
- Vətəni qorumaq ən ali vəzifədir. Hər bir əsgər hərbi vərdişlərə dərindən yiyələnməyə, ona verilən tapşırıqların öhdəsindən layiqincə gəlməyə borcludur. Bunun üçün ordumuzun sıralarında xidmət edən gənc əsgərlərimizlə təcrübəmizi bölüşürük ki, şəxsi heyətin hərbi bilikləri daha da təkmilləşsin. Bu gün xidmət etdiyim bölmənin şəxsi heyəti Ali Baş Komandanımız döyüş əmri verəcəyi təqdirdə döyüş yoldaşımız olacaq. Ona görə də şəxsi heyətin hər zaman qayğı və problemləri ilə də maraqlanır, onların mənəvi-psixoloji vəziyyətini diqqət mərkəzində saxlayırıq. Bundan başqa, döyüş hazırlığının yüksəldilməsinə yönəlik təlimlər, çöl dərsləri və s. təşkil olunur ki, şəxsi heyətin döyüş qabiliyyəti yüksəlsin.
Söhbət əsnasında həmsöhbətimin Aprel döyüşlərinin iştirakçısı olduğunu öyrənirik. Emin Aprel döyüşləri haqqında bəzi xatirələrini bölüşdü: "Ağır döyüşlərdə iştirak etdik. Düşmənin hər zamankı kimi təxribata əl atmaq cəhdi uğursuzluğa düçar oldu. Tarixi zəfərlərimizdən biri olan Aprel döyüşləri zamanı Azərbaycan əsgəri düşmən üçün qorxulu yuxuya çevrildi, qarşı tərəf xeyli itki verdi. Çox qısa müddətdə az bir qüvvə ilə işğal altında olan ərazilərimizin müəyyən hissəsi azad edildi”.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"