Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2019 19:14

Əlahiddə Ümumqoşun Orduda MTT üzrə komandir müavinləri ilə məşğələ keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda maddi-texniki təminat üzrə komandir müavinlərinin, zirehli tank xidməti və texniki nəzarət məntəqə rəislərinin cəlb edilməsi ilə məşğələ keçirilib.
Məşğələ zamanı hər növə məxsus zirehli tank texnikalarının avtomobil parkından çıxması və parka qayıtması, texnikalara göstərilən gündəlik texniki xidmətin ardıcıllığı və praktiki yerinə yetirilməsi nümayiş etdirilib.
Məşğələdə texnikalar parkdan çıxan zaman park növbətçisinin və texniki nəzarət buraxılış məntəqə rəisinin praktiki fəaliyyəti də öz əksini tapıb.
Müxtəlif təlim yerlərində icra olunan fəaliyyətlərdə əsas məqsəd məşğələyə cəlb olunmuş heyətin peşəkarlığının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi olub.