Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2019 19:07

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib - VİDEO

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib. “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 15 komanda mübarizə aparıb.
Əlahiddə Ümumqoşun Ordu Komandanlığının təşkil etdiyi və Olimpiya sistemi ilə keçirilən birincilikdə oyunları Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləri idarə ediblər.
3-cü yer uğrunda keçirilən oyunda motoatıcılar artilleriyaçılar üzərində 5:3 hesabı ilə qələbə qazanıblar. Xüsusi təyinatlı birləşmə ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının futbol komandaları arasında keçirilən final görüşündə isə əsas və əlavə vaxtlarda hesab açılmadığından qalib komanda 11 metrlik zərbələrlə bəlli olub. Maraqlı idman mübarizəsi ilə yadda qalan futbol birinciliyində 5:4 hesabı ilə qələbə qazanan tərəf Əlahiddə Əməliyyat Briqadası olub.
İlk üçlükdə qərarlaşan komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Diplom və kuboklarla mükafatlandırılıblar.