Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2019 18:01

“Saber Junction-19” təlimindən hərbi qulluqçularımız Bakıya qayıdıb

Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıb.
Amerika Birləşmiş Ştatları Avropa Komandanlığı (EUCOM) tərəfindən keçirilən NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularının hərbi qulluqçularının da qatıldığı təlimdə Azərbaycan Ordusunun nümayəndələrinin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.