Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Ukraynadan olan Azərbaycanın Milli Qəhrəmanının xatirəsi anılıb 24 Oktyabr 2019 18:10

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölkəmizin Ukraynadakı səfirliyinin hərbi attaşe aparatının nümayəndələri Xarkov vilayətinin Zimiyov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, onun xatirəsinə həsr olunmuş anım mərasimində iştirak ediblər.

Azərbaycan Ordusunda hərbi psixoloqların müsabiqəsi keçirilib 24 Oktyabr 2019 17:46

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən qoşun növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin ilkin mərhələsi keçirilib.

Hərbçilərin Dünya Oyunlarında MOİK idmançıları iki gümüş medal qazandı 24 Oktyabr 2019 16:43

Çin Xalq Respublikasında Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunlarında MOİK idmançıları komandamızın aktivinə daha iki medal yazdırıb.

Hərbi dənizçilərlə Hərbi Prokurorluq nümayəndələrinin görüşü keçirilib 24 Oktyabr 2019 16:40

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2019-cu il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.

“Qarabağ Azərbaycandır!” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib - VİDEO 24 Oktyabr 2019 14:13

Oktyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Qarabağ Azərbaycandır!" devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib.

Azərbaycanın Müdafiə naziri NATO toplantısında iştirak edəcək 24 Oktyabr 2019 12:35

Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.

Hərbçilərin Dünya Oyunlarında iki güləşçimiz finala yüksəlib 24 Oktyabr 2019 11:48

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.

Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır 24 Oktyabr 2019 11:45

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada yerləşən, dağlıq və sərt iqlim şəraitində tapşırıqları icra edən bölmələrin qış mövsümünə hazırlığını yoxlayır.

Hərbi hissədə seminar keçirilib 24 Oktyabr 2019 11:41

Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq hərbi hissələrdən birində “Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında seminar keçirilib.

Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb 23 Oktyabr 2019 16:01

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.