Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki 7 Mart 2018 13:27

Əziz xanımlar!Sizi 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "dəyirmi masa" keçirilib 7 Mart 2018 13:04

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda "dəyirmi masa" keçirilib.

Monitorinq insidentsiz başa çatıb 7 Mart 2018 12:09

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 7-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 7 Mart 2018 11:21

Azərbaycan Ordusunun nümayəndələri Belqrad şəhərində (Serbiya Respublikası) “REGEX-18” komanda qərargah təliminin, Ərzurum şəhərində (Türkiyə Respublikası) Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminin, Kastelqeyt şəhərində (AFR) “Trident Jaguar 2018” və Ramştayn şəhərində (AFR) “Ramstein Ambition 2018” təlimlərinin planlaşdırma konfransları, eləcə də İzmir şəhərində (Türkiyə Respublikası) hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə kursunda iştirak edirlər.

Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 6 Mart 2018 19:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

Müdafiə naziri ön xətt bölmələrində olub 6 Mart 2018 12:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olublar.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 6 Mart 2018 09:53

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 7-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 5 Mart 2018 18:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:1.

Ermənistana məxsus növbəti taktiki PUA zərərsizləşdirilib 3 Mart 2018 16:21

Martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.

Tərtərdə N nömrəli hərbi hissənin yaradılmasının 26 illiyi qeyd edilib 3 Mart 2018 16:15

Tərtər şəhərində N nömrəli hərbi hissəsinin yaradılmasının 26-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib.