Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2019 16:43

Hərbçilərin Dünya Oyunlarında MOİK idmançıları iki gümüş medal qazandı

Çin Xalq Respublikasında Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunlarında MOİK idmançıları komandamızın aktivinə daha iki medal yazdırıb.
Rafiq Hüseynov ilk görüşdə ukraynalı Aleksandr Şişman, dörddəbir finalda cənubi koreyalı Sanqyeok Park, yarımfinalda isə dörd il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu rusiyalı Yevgeni Saleyevdən üstün olub. Güləşçimiz finalda macar Viktor Lorintsə uduzaraq yarışı ikinci pillədə başa vurub.
Həsən Əliyev (77 kq) isə səkkizdəbir finalda ermənistanlı Varujan Qriqoryana, dörddəbir finalda ukraynalı Dmitri Pişkova qalib gəlib. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serbiyalı Viktor Nemeşə qalib gələrək finala yüksəlib. H.Əliyev gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə iranlı Peyman Poştama uduzaraq, yarışı ikinci yerdə başa vurub.
Beləliklə, Çin Xalq Respublikasında keçirilən yarışlarda Azərbaycan komandasının hesabında ikisi gümüş və üçü bürünc olmaqla 5 medal var.