Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2019 16:40

Hərbi dənizçilərlə Hərbi Prokurorluq nümayəndələrinin görüşü keçirilib

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2019-cu il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.
Görüşdə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması barədə brifinq təqdim olunub.
Bakı Hərbi Prokurorunun böyük köməkçisi 1-ci dərəcəli hüquqşünas Tural Salmanov şəxsi heyətlə “Hərbi kollektivin möhkəmləndirilməsində matrosun rolu” mövzusunda söhbət aparıb.
Sonda görüş iştirakçıları mövzu ilə əlaqəli aktual məsələləri müzakirə edib və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.