Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2019 17:46

Azərbaycan Ordusunda hərbi psixoloqların müsabiqəsi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən qoşun növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin ilkin mərhələsi keçirilib.
Müsabiqə hərbi psixoloqların ixtisas hazırlığının yüksəldilməsi, psixoloji işə dair üsul və vasitələrin düzgün tətbiqi, peşəkar vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə keçirilir.
Birinci mərhələnin nəticələrinə əsasən qaliblər müəyyən edilib.