Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim keçirilib 2 Yanvar 2019 11:20

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.

Yanvarın 2-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait 2 Yanvar 2019 10:13

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il yanvarın 2-dək 96.449.530,00 AZN, 213.577,88 ABŞ dolları, 15.136,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Dövlət-xalq-ordu birliyi milli həmrəyliyin bəhrəsidir - VIDEO 31 Dekabr 2018 20:25

Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib.Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə tədbirlər keçirilib 31 Dekabr 2018 16:05

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində tədbirlər keçirilib.

Müdafiə naziri cəbhə bölgəsində yerləşən zirehli texnikaların döyüş hazırlığını yoxlayıb 31 Dekabr 2018 10:37

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zirehli texnikaların döyüş hazırlığını yoxlayıb.

Müdafiə naziri bayramlar münasibətilə hərbi hospitalda olub - VİDEO 30 Dekabr 2018 14:18

Dekabrın 30-da Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıb 30 Dekabr 2018 14:04

Oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış və ixtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması münasibəti ilə Əlahiddə Ümumqoşun Orduda tədbir keçirilib.

"Azərbaycan Ordusu" qəzeti 30 dekabr 2018-ci il №101 (2317) 30 Dekabr 2018 11:30

Hərb Tarixi Muzeyində bayram tədbiri keçirildiAzərbaycan Hərb Tarixi Muzeyində xalqımızın milli-mənəvi bütövləşmə arzusunu özündə təcəssüm etdirən "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirildi.

Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib 29 Dekabr 2018 19:20

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

Müdafiə naziri “Açıq qapı” günündə iştirak edib - VİDEO 29 Dekabr 2018 17:28

Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınlarının, Milli Məclisin deputatlarının, yerli rayon rəhbərliklərinin, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.