Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan və Ermənistan Respublikasının dövlət sərhədində növbəti monitorinq keçiriləcək 24 İyul 2018 09:58

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Qazaxıstanın hərbi gəmisi Bakıya gəlib - VİDEO 23 İyul 2018 18:00

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 23-də Bakıya gəlib.

Azərbaycan HHQ-nin döyüş imkanlarını daha da gücləndirəcək birgə layihələr müzakirə olunub 23 İyul 2018 16:11

İyulun 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO 23 İyul 2018 14:54

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.

“Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskvaya yola düşüb 23 İyul 2018 10:26

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya yola düşüb.

Müdafiə naziri qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqları müəyyən edib 21 İyul 2018 15:40

İyulun 21-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazirliyin rəhbər heyətinin iştirakı, həmçinin videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmə komandirlərinin cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Hərbi qulluqçumuz şəhid olub 21 İyul 2018 13:50

Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

“Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq məqsədilə naviqasiya üzrə zəruri planlaşdırma fəaliyyətləri icra olunub 21 İyul 2018 12:20

Beynəlxalq Ordu Oyunları çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq məqsədilə Əməliyyat Baş İdarəsinin Naviqasiya və Kartoqrafiya İdarəsində zəruri planlaşdırma fəaliyyətləri icra olunub.

"Azərbaycan Ordusu" qəzeti - №55 (2271) 21 İyul 2018 09:55

Dağlar da səngərdi"N" hərbi hissəsinin ön xətdə yerləşən bölmələrindən birində dağların, dərələrin, Vətən torpağının keşiyini çəkən, səngərdə düşmənlə üz-üzə dayanan, dağları arxa bilib onlara arxalanan əsgərlərin əhatəsindəyəm...davamı Ərazi bütövlüyümüzü bərpa edəcəyik!Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətə, dövlətçiliyə dərin sevgilərlə, qürurla dediyi bir fikri qürurla xatırlayıram:

“Bu gün gərək hər anımız Vətən desin!” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib 20 İyul 2018 19:00

Müdafiə Nazirliyi və Ağstafa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bu gün gərək hər anımız Vətən desin!” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib.