Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçularımız yaralanıb 24 Sentyabr 2022 09:46

Sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bakıda NATO kursu keçiriləcək 23 Sentyabr 2022 19:21

Ölkəmizdə keçiriləcək NATO-nun "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) beynəlxalq təlimatçıları Bakıya gəlib.

Tacikistan Respublikasının nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib 23 Sentyabr 2022 15:08

Azərbaycanda səfərdə olan Tacikistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Erməni hərbi birləşmələri tərəfindən basdırılmış tələ-mina aşkar edilib 23 Sentyabr 2022 11:43

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub 23 Sentyabr 2022 10:19

Sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Qazaxıstan Respublikasının nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib 23 Sentyabr 2022 09:30

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.

HDQ-də keçirilən komanda-qərargah təlimi başa çatıb - VİDEO 22 Sentyabr 2022 17:50

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən komanda-qərargah təlimi başa çatıb.

Ermənistan tərəfinin Kəlbəcər istiqamətində təxribatının qarşısı alınıb 22 Sentyabr 2022 11:59

Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib.

Qazaxıstan və Özbəkistan respublikalarının nümayəndə heyətləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər 21 Sentyabr 2022 15:25

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin və Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyətləri Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda olublar.

Özbəkistan nümayəndə heyəti Maddi-Texniki Təminat Baş İdarəsində olub 21 Sentyabr 2022 11:38

Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin maddi-texniki təminat üzrə nümayəndə heyəti ilə görüşüb.