Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2022 09:30

Qazaxıstan Respublikasının nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra qonaqlara Hərbi Polis İdarəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Qazaxıstan nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra nümayəndələr Hərbi Polis İdarəsinin ərazisi, avtomobil parkı və yeməkxana ilə tanış olublar.
Sonda qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.