Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2022 15:25

Qazaxıstan və Özbəkistan respublikalarının nümayəndə heyətləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin və Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyətləri Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda olublar.
Nümayəndə heyətlərinin rəhbərləri Heydər Əliyev adına Hərbi İnstitutun xatirə kitabına ürək sözlərini yazıblar.
Qonaqları salamlayan Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Nümayəndə heyətlərinə Hərbi institutun tarixi və fəaliyyəti barədə brifinqlər təqdim edilib, hərbi təhsil sahəsində maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası və muzeyi ilə tanış olub, eyni zamanda, tədris prosesini izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.