Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2022 15:08

Tacikistan Respublikasının nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib

Azərbaycanda səfərdə olan Tacikistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Qonaqlara Hərbi institutun tarixi və fəaliyyəti barədə brifinq təqdim edildikdən sonra hərbi təhsil sisteminin inkişaf perspektivlərinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Tacikistan Respublikasından Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursantlarla görüşüb, onlarla söhbət aparıb və təhsilləri ilə maraqlanıblar.
Səfər proqramı çərçivəsində nümayəndə heyəti təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, muzeyi ilə tanış olub, eləcə də tədris prosesini izləyib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.