Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2022 19:21

Bakıda NATO kursu keçiriləcək

Ölkəmizdə keçiriləcək NATO-nun "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) beynəlxalq təlimatçıları Bakıya gəlib.
Hazırlıq mərhələsində yerli və xarici mütəxəssislərdən ibarət təlimatçılar kursun mövzularını və qarşıya qoyulan məqsədləri dəqiqləşdirir.
Kursun keçirilməsində əsas məqsəd NATO qərargahlarında və tərəfdaş ölkələrdə ƏİK proqramına cəlb olunan hərbi qulluqçulara ƏİK tədbirlərinin planlaşdırılması və icrası mərhələsində məlumat bazasının tətbiqinin öyrədilməsidir.
Qeyd edək ki, ölkəmizdə ikinci dəfə keçiriləcək kurs sentyabrın 26-da başlayacaq.