Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 13 Fevral 2024 08:50

Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir 12 Fevral 2024 17:24

Cari ilin hazırlıq planına əsasən, hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb 12 Fevral 2024 10:37

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Həftəlik icmal (04.02.2024 - 11.02.2024) - VİDEO 11 Fevral 2024 12:17

Əlahiddə Ümumqoşun Orduda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir - VİDEO 11 Fevral 2024 11:15

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı keçirilən “Rəşadətli Naxçıvan” adlı tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi və Naxçıvanın muxtariyyətinin qorunması istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb və ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının muxtar respublika tarixində əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.

Quru Qoşunlarında daşqaldırma birinciliyi keçirilib 10 Fevral 2024 16:23

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Quru Qoşunlarında hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.

Baş Klinik Hospitalın Həmkarlar İttifaqının XI hesabat – seçki konfransı keçirilib 10 Fevral 2024 12:42

Müdafiə Nazirliyi Baş Klinik Hospitalın Həmkarlar İttifaqının XI hesabat – seçki konfransı keçirilib.

Hərbi İdarəetmə İnstitutunda intensiv xarici dil kurslarının buraxılış mərasimi keçirilib 9 Fevral 2024 18:14

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda intensiv xarici dil kurslarının başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.

Hərb Tarixi Muzeyində “Qars müqaviləsindən Naxçıvan dəhlizinə və dünyaya” adlı elmi seminar keçirilib 9 Fevral 2024 13:49

Fevralın 9-da Azərbaycan Hərb Tarixi Muzeyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş "Qars müqaviləsindən Naxçıvan dəhlizinə və dünyaya" adlı elmi seminar keçirilib.

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar - YENİLƏNİB VİDEO 9 Fevral 2024 12:46

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.