Müdafiə Nazirliyi Baş Klinik Hospitalın Həmkarlar İttifaqının XI hesabat – seçki konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri, hospitalın həmkarlar ittifaqının üzvləri və başqa qonaqlar iştirak ediblər.
Konfransda əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra konfransda gündəlikdə duran məsələlər müzakirə olunub. Məruzələr dinlənilib. Konstruktiv-dialoq şəklində keçən diskusiyalar zamanı həmkarlar üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib, suallara ətraflı cavablar verilib.
Konfransda görülən işlərlə bağlı məruzələr dinlənilib.
XI hesabat – seçki konfransının sonunda Müdafiə Nazirliyi Baş Klinik Hospitalın Həmkarlar İttifaqının işi və fəaliyyəti qənaətbəxş hesab olunub.