Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2024 17:24

Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir

Cari ilin hazırlıq planına əsasən, hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.
Keçirilən məşğələlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən işlərin əhəmiyyəti, dövlət başçısının Ordu haqqında səsləndirdiyi fikirlər, respublikamızda, eləcə də dünyada baş verən hadisə və yeniliklərlə bağlı şəxsi heyətə ətraflı məlumatlar verilir.
İctimai-siyasi hazırlıq məşğələləri zamanı, həmçinin şəxsi heyəti maraqlandıran suallar cavablandırılır və onlara xidmətləri ilə bağlı faydalı tövsiyələr verilir.