AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 1997-ci il iyulun 7-dən 14-dək Almaniya Federativ Respublikasının Münhen şəhərində tibbi planlaşdırma və iyulun 7-dən 21-dək Oberammergau şəhərində ətraf mühitin mühafizəsi sahəsində Silahlı Qüvvələrin məsuliyyəti məsələləri üzrə kurslar keçirilir.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 1997-ci il iyulun 7-dən 14-dək Almaniya Federativ Respublikasının Münhen şəhərində tibbi planlaşdırma və iyulun 7-dən 21-dək Oberammergau şəhərində ətraf mühitin mühafizəsi sahəsində Silahlı Qüvvələrin məsuliyyəti məsələləri üzrə kurslar keçirilir.
1997-ci il iyunun 13-də Şimali Atlantika blokunun qərargah-mənzilində (Belçika krallığı, Brüssel şəhəri) NATO iştirakçısı olan dövlətlərin və tərəfdaşların Müdafiə nazirlərinin müşavirəsi keçiriləcəkdir.
1997-ci il iyunun 11-dən iyulun 2-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ABŞ-ın Vircinya ştatının Norfolk şəhərində “Kooperativ Naqqit” adı altında çoxmillətli təlim keçiriləcəkdir.
1997-ci il iyunun 9-dan 11-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Türkiyə Respublikasının İstanbul şəhərində “Kooperativ Demand” çoxmillətli təliminin əsas planlaşdırılması üzrə konfrans, iyunun 9-dan 14-dək isə Almaniya Federativ Respublikasının Oberammergau şəhərində yerləşən NATO məktəbində sülhməramlı kurslar keçirilir.
1997-ci il iyunun 7-dən 14-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının verifikasiya Mərkəzinin dəvəti ilə Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə və 1994-cü il Vyana sənədi çərçivəsində Silahlar üzərində nəzarət problemləri ilə əlaqədar ikitərəfli hazırlıq tədbirləri təşkil ediləcək.
1997-ci il iyunun 2-dən 19-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində İsveç Milli Müdafiə Kolleci tərəfindən təşkil edilmiş “Silahlı Qüvvələr üzərində demokratik nəzarət və müdafiə büdcəsi planlaşdırılması” mövzusunda seminar keçirilir.
1997-ci il mayın 26-dan iyunun 7-dək Norveç Krallığının Kristiansend şəhərində NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Kooperativ Banners” kodu ilə təlim keçiriləcəkdir.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 26-dan 30-dək Rumıniyada “Kooperativ Determineyşn-97” adı altında təlim, mayın 26-dan iyunun 13-dək Hamburq (AFR) şəhərində “Avropada və Avropa üçün təhlükəsizlik siyasəti sahəsində perspektivlər” mövzusunda seminar keçiriləcəkdir.
1997-ci il mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev Atlantika Şurasının nümayəndə heyətini qəbul etmişdir.