AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 26-dan 30-dək Rumıniyada “Kooperativ Determineyşn-97” adı altında təlim, mayın 26-dan iyunun 13-dək Hamburq (AFR) şəhərində “Avropada və Avropa üçün təhlükəsizlik siyasəti sahəsində perspektivlər” mövzusunda seminar keçiriləcəkdir.
Tədbirlərdə Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.