AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il mayın 26-dan iyunun 7-dək Norveç Krallığının Kristiansend şəhərində NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Kooperativ Banners” kodu ilə təlim keçiriləcəkdir. Təlimdə NATO üzvləri və tərəfdaşları olan dövlətlərin hərbi bölmələri, o cümlədən Azərbaycan Respuiblikası Silahlı Qüvvələri sülhməramlı bölüyün bir bölməsi də iştirak edəcəkdir. Bu, Azərbaycan Silahlı Qüvvələrinin qısa tarixində onun təmsil edildiyi ilk beynəlxalq hərbi tədbirdir.