Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev Atlantika Şurasının nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan nazir onlara regionda mövcud olan hərbi-siyasi vəziyyət haqqında məlumat vermiş, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin də iştirakından və gələcəkdə də bu prosesin davam etdiriləcəyindən danışmışdır.
Nümayəndə heyətinin başçısı cənab Kertis M. Qovard Atlantika Şurasının qeyri-siyasi ictimai təşkilat olduğunu, onun əsas məqsədinin NATO ideallarını, ABŞ siyasətinin Avropada, eləcə də dünyada təhlükəsizlik naminə bəzi aspektlərini populyarlaşdırdığını bildirmiş və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının əsas prinsipləri haqqında Azərbaycan Respublikasının Müdafiə nazirinə məlumat vermişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev qonaqlara Mərkəzi Asiya ölkələrinə qarşıdakı səfərlərində məhsuldar işləməyi arzulamışdır. Cənab Kertis M.Qovard qonaqpərvərlik üçün nazirə təşəkkürünü bildirmişdir.
Nümayəndə heyəti həmin gün Bakıdan Aşqabada yola düşmüşdür.