AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il mayın 14-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 19:20-dən 19:30-dək və saat 23:00-dan 23:10-dək Berd rayonunun Çinari və İcevan rayonunun Vazaşen kəndləri istiqamətindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Qazax rayonunun Balacəfərli kəndləri sahəsindəki; mayın 15-də saat 01:15-dən 02:30-dək İcevan rayonunun Paravakar kəndi və Paravakaryal dağı istiqamətlərindən Ağstafa rayonunun Tatlı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, tankəleyhinə qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
1997-ci il mayın 13-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 18:15-dən 18:30-dək və saat 20:45-dən 21:50-dək Qazax rayonunun işğal olunmuş Barxudarlı kəndi və İcevan rayonunun Sariqüx kəndi istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun Balacəfərli və Cəfərli kəndləri sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
1997-ci il mayın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 20:15-dən 21:40-dək Berd rayonunun Çinari kəndi istiqamətindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotladan atəşə tutmuşlar.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 1997-ci il mayın 12-dən 16-dək İstanbul şəhərində (Türkiyə Respublikası) təlim qrupunun iclası; mayın 12-dən 23-dək Roma şəhərində (İtaliya Respublikası) qərargah zabitləri üçün inteqrasiya kursu keçiriləcək.
1997-ci il mayın 12-də ABŞ Milli Hərbi Kollecinin bir qrup nümayəndəsi Azərbaycan Respublikasına gələcəkdir.
1997-ci il mayın 11-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 00:01-dən 01:15-dək Berd rayonunun Çinari kəndi istiqamətindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Koxanəbi kəndləri, saat 13:30-dan 14:30-dək və 21:55-dən 22:25-dək İcevan rayonunun Vazaşen kəndi istiqamətindən Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, iriçaplı pulemyotlardan və zenit qurğularından atəşə tutmuşlar.
1997-ci il mayın 9-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 14:00-dan 15:04-dək Berd rayonunun Çinari, saat 21:40-dan 22:20-dək İcevan rayonunun Vazaşen kəndləri istiqamətindən Azərbaycanın Ordusunun Tovuz rayonunun Koxanəbi kəndi, Qazax rayonunun cənubundakı və Balacəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, tankəleyhinə qumbaraatanlardan, iriçaplı pulemyotlardan və zenit qurğularından atəşə tutmuşlar.
1997-ci il mayın 8-də Mərkəzi Zabitlər evində faşizm üzərində qələbənin 52-ci ildönümü münasibətilə 1941-1945-ci illər Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirilmişdir.
1997-ci il mayın 8-də saat 21.40-dan 22.10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen kəndi istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
1997-ci il mayın 7-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 05:55-dən 06:20-dək İcevan rayonunun Saraqtiqaş yüksəkliyindəki mövqelərindən, saat 10:50-dən 11:35-dək Vazaşen və Paravakar kəndləri istiqamətindən Azərbaycan Ordsununun Qazax rayonunun cənubundakı və Cəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan, piyadanın döyüş maşınlarından (PDM-2) və avtomatik qumbaraatanlardan atəşə tutmuşlar.