Azərbaycan Respublikası və NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 28-dən 30-dək Çester şəhərində (Böyük Britaniya) tərəfdaş dövlətlərin “Aviasiya silahları sistemi, onların imkanları və inteqrasiyası” mövzusunda simpozium; Sentyabrın 28-dən oktyabrın 2-dək Balaton şəhərində (Macarıstan) NATO-nun “Krizislərin idarəolunması” regional kursları keçiriləcəkdir.
Göstərilən tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.