Azərbaycan Respublikası və NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 19-dan 26-dək Lanta şəhərində (İtaliya) “Kommunikasiya və məlumat sistemləri” məsələləri üzrə kurslar; Sentyabrın 22-dən 23-dək Torun şəhərində (Polşa) “Topoqrafiya, kartoqrafiya və sistemləşdirmə” məsələləri üzrə seminar; Sentyabrın 22-dən 24-dək Brunsum şəhərində (Hollandiya) Mərkəzi regionun (AFCENT) tibb konfransı; Sentyabrın 22-dən oktyabrın 2-dək Varna şəhərində (Bolqarıstan) qərargah zabitlərinin “Siyasi təhlükəsizliyin təminatı və qorunması” mövzusunda 3-cü beynəlxalq kurslar keçiriləcəkdir.
Göstərilən bütün tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.