Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 28-də saat 04:30-da Ermənistan Silahlı Qüvvələrinin 15-20 nəfərdən ibarət kəşfiyyat qrupu Ağdam rayonunun işğal olunmuş Seyidli kəndi istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qaradağlı kəndi sahəsindəki mövqelərinə soxulmağa cəhd göstərmişlər. N saylı hərbi hissənin bu mövqedə dayanmış bölmələri bundan 2 gün əvvəl ardıcıl olaraq düşmən kəşfiyyatının fəallaşdığını müşahidə etmişlər. Əks tədbir görən hissə komandanlığı postları gücləndirmiş, düşmənin kəşfiyyat qrupunu həmin gün 7 metrə qədər yaxına buraxmış və pusquda duran Azəraycan əsgərləri onu gülləbaran etmişlər. Nəticədə düşmən tərəfi 2 meyit və iki yaralı itki verərək əvvəlki mövqelərinə geri çəkilmişlər.
40 dəqiqə davam edən qarşılıqlı atışmada Azərbaycan tərəfi itki verməmişdir.