AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercanı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 28-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Yuxarı Çaylı yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının görüşündə iştirak etmək üçün avqustun 24-də Rusiya Federasiyasının Həştərxan şəhərinə yola düşmüşdür.
Avqustun 21-də, Kosovoda beynəlxalq sülhməramlı qüvvələrin tərkibində xidmət edən Azərbaycan taqımının bir qrup əsgərinin həqiqi hərbi xidmətinin başa çatması ilə əlaqədar, onları əvəz edəcək 1 zabit və 10 nəfər sıravi əsgərin Türkiyə Respublikasına yolasalma mərasimi keçirilmişdir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Müharibə veteranlarından ibarət nümayəndə heyətini qəbul etmişdir.
Avqustun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Ərdal Bucağın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İyulun 23-də saat 21:25-dən 21:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Ararat rayonunun Ucubiz yüksəkliyinin 2 km cənub-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Əjdəkan yüksəkliyindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
İyulun 22-də saat 20:30-dan 21:05-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Vayk rayonunun Barsruni yaşayış məntəqəsinin 3 km cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Naxçıvan Muxtar Respublikası Babək rayonunun Kərməçataq kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
İyulun 21-dən 22-nə keçən gecə saat 23:47-dən 00:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Berd rayonunun Çinari yaşayış məntəqəsi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsindəki mövqelərini iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
İyulun 20-də saat 19:45-dən 20:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Baş Qərvənd kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrin bölmələrinin həmin rayonun Əhmədağalı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.