Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2001 00:02

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Yüksəl Əhmədi qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra onu təyinatı münasibəti ilə təbrik etmiş, Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf etdirilməsində uğurlar arzulamışdır.
Cənab Y.Əhməd qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkürünü bildirdikdən, Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsi münasibətilə onu təbrik etdikdən sonra, ilk diplomatik missiyasını Azərbaycanda həyata keçirdiyi və ona burada çox isti münasibət bəsləndiyi barədə məlumat vermişdir. O, Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafı üçün böyük imkanların olduğunu vurğulamışdır.
General-polkovnik S.Əbiyev Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında geniş əməkdaşlığın vacibliyini qeyd etdikdən sonra Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonağa məlumat vermiş, işğalçı Ermənistan Respublikasının külli miqdarda uçotsuz silaha malik olmasının və onun çox hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsinin region üçün böyük təhlükə törətiyini xüsusi vurğulamışdır. O demişdir: "Bu, istənilən vaxt situasiyanı gərginləşdirə bilər".
Görüş səmimi fikir mübadiləsi şəraitində keçmişdir.