Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2001 00:01

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 13-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonu sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra yardımçıları iştirak edəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra yardımçıları həyata keçirəcəylər.