Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 14-də saat 01:15-dən 01:20-dək Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ağdam rayonunun işğal olunmuş Acarlı kəndi istiqamətindən cəbhə xəttini keçməyə cəhd edərək, Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Yusifcanlı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin kəşfiyyat qrupunu atəşlə qarşılamış və onu geri çəkilməyə məcbur etmişdir.
 Azərbaycan tərəfdən itki yoxdur.