Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 29 Avqust 2005 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Serqey İvanovun dəvətilə MDB dövlətləri Hava Hücumundan Müdafiə Qüvvələrinin “Döyüş Birliyi-2005” təliminin döyüş atışı mərhələsinin keçirilməsində müşahidəçi kimi iştirak etmək üçün avqustun 29-da Həştərxan şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 26 Avqust 2005 00:00

Avqustun 25-də saat 16:35-dən saat 17:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun Çaylı kəndinin 2.5 km şimal-şərqində və 1 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 22 Avqust 2005 00:01

Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 24-dək Bakı şəhərində “Hərbi səhra cərrahiyəsi” kursu;Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 25-dək Həştərxan şəhərində “Xəzər dənizində təhlükəsizlik, axtarış və xilasetmə” mövzusunda seminar;Azərbaycan Respublikası ilə Polşa arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 26-dək “Hərbi jurnalistlərin Polşaya səfəri”;Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən sentyabrın 16-dək Bakı şəhərində “Sülhü dəstəkləmə əməliyatları üzrə təlimatçılar üçün kurs”;Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 23-dən 26-dək Riqa şəhərində “Təbii və texnogen fəlakətlər və mümkün olan terror aktlarının qarşısının alınması üzrə dövlətlərarası əməkdaşlıq sahəsində mülki-hərbi fövqəladə planlaşdırma təlimi”nin seminarı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 17 Avqust 2005 00:01

Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikasının Müdafıə naziri cənab Eynars Repşenin dəvətilə avqustun 15-i və 16-da Riqa şəhərində rəsmi səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 15 Avqust 2005 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikasının Müdafiə naziri cənab Eynars Repşenin dəvətilə avqustun 15-də Riqa şəhərinə rəsmi səfərə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 15 Avqust 2005 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-də saat 04:15-dən 04:30-dək Tərtər rayonunun işğal olunmuş Ceraberd kəndinin 2,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qarmiravan kəndi sahəsindəki mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 13 Avqust 2005 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 13-də saat 00:05-dən 00:35-dək və saat 00:40-dan 01:00-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 13 Avqust 2005 00:00

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 15-dən 19-dək Bakı şəhərində “Hava məkanının idarə edilməsinə nəzarət” üzrə kurs;Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlq planına uyğun olaraq, avqustun 15-dən 19-dək Ankara şəhərində “Türkiyə Silahlı Qüvvələrində maddi-texniki təminat və texniki plan ilə tanışlıq”, Altınova və Yalova şəhərlərində “Hərbi Hava Qüvvələri üzrə kiçik kalibri silah” kursu;Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlq planına uyğun olaraq, avqustun 16-dan 21-dək Moskva vilayəti Çukovsk rayonunda aviasiya və kosmik texnika üzrə beynəlxalq “MAKS-2005” sərgisi keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 3 Avqust 2005 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 4-də Xocavənd rayonunun Aşağı Veysəlli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 1 Avqust 2005 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində avqustun 1-dən 15-dək Simferopol şəhərində (Ukrayna) “Sülhün sipəri-05” təliminin ikinci mərhələsi və Azərbaycan Respublikası ilə Litva Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 2-dən 4-dək Vilnüs şəhərində “Litva Hərbi Tibb Xidməti ilə tanışlıq səfəri” keçirilir.