AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 20-də saat 18:00-dan 18:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən;- saat 14:05-dən dekabrın 21-i saat 00:30-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən;- saat 22:40-dan 22:55-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 19-da saat 11:40-dan 11:55-dək Ermənistan Respublikası İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığındakı mövqelərini;- saat 08:40-dan 09:00-dək və saat 23:35-dən 23:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən;- saat 23:00-dan dekabrın 20-də saat 03:05-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən;- saat 02:00-dan 02:15-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 18-də saat 13:35-dən 13:50-dək və saat 16:50-dən 16:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən;- saat 19:00-dan 19:15-dək Qazax rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən mövqelərindən;- saat 20:25-dən 20:35-dək və dekabrın 19-da saat 02:10-dan 02:40-dək Ağdam rayonunun Cəvahirli və Mərzili kəndlərinin yaxınlığında yerləşən mövqelərindən;- saat 00:01-dən 00:15-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 19-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 17-də saat 08:20-dən 08:30-dək və saat 10:35-dən 10:45-dək Ermənistan Respublikası İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığındakı mövqelərini;- saat 09:40-dan dekabrın 18-i saat 04:30-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən;- dekabrın 18-də saat 00:10-dan 00:25-dək və saat 04:15-dən 04:30-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 16-da saat 13:15-dən dekabrın 14-ü saat 00:40-dək fasilələrlə Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 17:50-dən dekabrın 17-si saat 01:00-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- dekabrın 17-si saat 00:05-dən 00:30-dək Tərtər rayonunun Qapanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 14-də saat 12:30-dan saat 13:35-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesgex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərinin yaxınlığındakı mövqelərini;- saat 11:40-dan dekabrın 15-i saat 01:05-dək fasilələrlə Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 20:55-dən saat 21:20-dək Tərtər rayonu Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən;- dekabrın 15-i saat 00:05-dən saat 01.40-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Acarlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- dekabrın 15-i saat 00:45-dən saat 06:00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndlərinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 13-də saat 15:05-dən dekabrın 14-ü saat 00:50-dək fasilələrlə Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- dekabrın 13-də saat 17:30-dan dekabrın 14-ü saat 04:38-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- dekabrın 13-də saat 19:45-dən saat 20:00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və dekabrın 14-də saat 05:55-dən saat 06:10-dək Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 12-də saat 19:30-dan 20:00-dək Ermənistan Respublikası Berd rayonu Paravakar kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun adsız yüksəkliklərdəki mövqelərini;- saat 08:10-dan dekabrın 13-ü saat 05:30-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Mərzili və Qaraqaşlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 13:00-dan 13:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 14:20-dən dekabrın 13-ü saat 05:55-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 11-də saat 14:50-dən saat 22:55-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən;Dekabrın 11-də saat 23:45-dən dekabrın 12-si saat 00:05-dək Ağdam rayonunun Cəvahirli və dekabrın 12-si saat 04:45-dən saat 04:50-dək Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.