Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 13-də saat 15:05-dən dekabrın 14-ü saat 00:50-dək fasilələrlə Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- dekabrın 13-də saat 17:30-dan dekabrın 14-ü saat 04:38-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- dekabrın 13-də saat 19:45-dən saat 20:00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və dekabrın 14-də saat 05:55-dən saat 06:10-dək Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.