Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 12-də saat 19:30-dan 20:00-dək Ermənistan Respublikası Berd rayonu Paravakar kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun adsız yüksəkliklərdəki mövqelərini;
- saat 08:10-dan dekabrın 13-ü saat 05:30-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Mərzili və Qaraqaşlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 13:00-dan 13:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 14:20-dən dekabrın 13-ü saat 05:55-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.