Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 14-də saat 12:30-dan saat 13:35-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesgex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərinin yaxınlığındakı mövqelərini;
- saat 11:40-dan dekabrın 15-i saat 01:05-dək fasilələrlə Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 20:55-dən saat 21:20-dək Tərtər rayonu Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- dekabrın 15-i saat 00:05-dən saat 01.40-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Acarlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- dekabrın 15-i saat 00:45-dən saat 06:00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndlərinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.