Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 11-də saat 14:50-dən saat 22:55-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən;
Dekabrın 11-də saat 23:45-dən dekabrın 12-si saat 00:05-dək Ağdam rayonunun Cəvahirli və dekabrın 12-si saat 04:45-dən saat 04:50-dək Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.