Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 4 Oktyabr 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 3-də saat 16:10-dan 16:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 16:30-dan 16:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 3 Oktyabr 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 2-də saat 18:20-dən 19:05-dək və saat 22:00-dan 22:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 23:15-dən 23:30-dək, oktyabrın 3-də saat 01:05-dən 01:15-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 2 Oktyabr 2007 00:02

Oktyabrın 2-də Azərbaycan Respublikası Müdafiə Nazirliyində Litva Respublikasının Milli müdafiə naziri cənab Youzas Olekasın təntənəli qarşılanma mərasimi olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 2 Oktyabr 2007 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Almatı şəhərində (Qazaxstan) “Vyana-99 Sənədi” çərçivəsində kurs (1-6 oktyabr);- Brüssel və Mons şəhərlərində (Belçika) Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu (1-11 oktyabr);- Roma şəhərində (İtaliya) Tərəfdaş zabitlərin orientasiya kursu (1-12 oktyabr);- Brüssel şəhərində (Belçika) “Silahlara nəzarət” üzrə seminar (4-5 oktyabr) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 Oktyabr 2007 00:01

Oktyabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə katibinin Koalisiya, Sülhməramlı və Çəxmillətli Əməkdaşlıq üzrə köməkçisinin müavini vəzifəsinin icraçısı xanım Debra Keqenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 1 Oktyabr 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 30-da saat 20:30-dan 20:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 21:35-dən saat 23:00-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Şıxlar və Çıraqlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 21:45-dən oktyabrın 1-i saat 06:20-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 00:45-dən saat 05:50-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 06:50-dən saat 07:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 29 Sentyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 28-də saat 15:20-dən 02:45-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən; - sentyabrın 28-də saat 22:20-dən 22:30-dək Ermənistan Respublikası Noyamberyan rayonunun Berdavan kəndinin şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi sahəsindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 28 Sentyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 27-də saat 17:45-dən 19:40-dək Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığında yerləşən mövqelərdən;- sentyabrın 28-də saat 01:00-dan 01:20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən; - saat 04:40-dan 06:00-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən; - saat 04:50-dən 05:10-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 28 Sentyabr 2007 00:00

Sentyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Müdafiə Nazirliyinin məlumatı 27 Sentyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 26-da saat 21:15-dən 21:35-dək və saat 21:50-dən 22:00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən; - saat 22:15-dən 22:30-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən; - sentyabrın 27-də saat 01:10-dan 02:45-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 01:40-dan 01:55-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 03:20-dən 04:50-dək Tərtər rayonunun Çiləbürt və Çaylı, Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.