Sülhməramlılırımızın göstərmiş olduqları layiqli xidmət koalisiya qüvvələri tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. Müdafiə Nazirliyinə təzəlikdə daha bir sevindirici xəbər gəlmişdir. İraqda koalisiya qüvvələrinin tərkibində iştirak edən sülhməramlı bölüyümüz haqda CENTKOM – Mərkəzi Komandanlıqda keçirilən toplantıda koalisiya qüvvələri komandanının müavini general Makkarti bu sözləri demişdir: “Azərbaycan sülhməramlı bölüyünün əsgərləri xidmət etdiyi bölgədə xidmətlərini çox yüksək səviyyədə təşkil edirlər, onların xidməti oradakı Amerika dəniz piyadalarının xidmətindən üstündür”.
Vətənimizin başını uca edən əsgərlərimizi ürəkdən təbrik edir, onlara xidməti vəzifələrini yerinə yetirməkdə müvəffəqiyyət arzulayırıq.