AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 12-13-də Brüsseldə NATO-nun mənzil qərargahında keçiriləcək tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Səfər Əbiyev iştirak etməyəcəkdir. Həmin toplantıda Kosovoda əsgəri gücləri olan NATO üzvü olan ölkələrin və tərəfdaş dövlətlərin müdafiə nazirlərinin iştirakı planlaşdırılır. Məlum olduğu kimi Balkanlarda siyasi vəziyyət dəyişdiyindən Azərbaycan Kosovodan öz əsgərini geri çəkmişdir. Buna görə də Müdafiə naziri Səfər Əbiyevin Brüsselə yola düşməsinə ehtiyac olmamışdır.