Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Konya  şəhərində (Türkiyə) “Anadolu Qartalı 2008” təlimində müşahidəçi qismində iştirak (09 -20 iyun);
- Ankara şəhərində (Türkiyə) “Quru Qoşunları Əməliyyatları” üzrə terminologiya kursu (09 -20iyun); “Eternity 2008” təliminin ilkin planlaşdırma konfransı (10-11iyun);    
- Kristoni, Kilkis şəhərində (Yunanıstan) “Çoxmillətli Sülhməramlı Əməliyyatlar üzrə zabit təməl kursu”  (09-20 iyun);
- Upsala şəhərində (İsveç) “Hava məkanının idarə edilməsi” mövzusunda seminar (10-12 iyun);
- Split şəhərində (Xorvatiya) “Cooperative Marlin 2008” təliminin yekun planlaşdırma konfransı (10-11 iyun);
- Doha şəhərində (Qətər) “Yırtıcı Şahin 2008” təliminin İlkin Planlaşdırma Konfransı (10-12 iyun);
- London şəhərində (Böyük Britaniya) Təlim İnspeksiyaları (15-21 iyun) keçirilir.  
Azərbaycan Respublikası ilə Latviya  arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Ventspils şəhərində Hərbi Dəniz gəmilərində təhlükəli materialların idarə olunmasına həsr olunmuş 5-ci beynəlxalq seminar  (09-11 iyun) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.