Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 6-da saat 17:35-dən 18:00-dək və saat 20:30-dan 20:50-dək fasilələrlə Ermənistan Respublikası Berd  rayonu Mosesqex və Çinari kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;
- saat 13:10-dan 13:20-dək və iyunun 7-si saat 05:10-dan 05:20-dək Tərtər  rayonunun Göyarx və Qızıloba  kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 23:40-dan 23:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:15-dən 18:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 23:02-dən 23:14-dək Ağdam  rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.