AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 3-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinqdən əvvəl rayon icra hakimiyyətində brifinq təşkil edilmiş, cəbhə zonasında baş verən bütün hadisələr ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin diqqətinə çatdırılmışdır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 2-də saat 14:30-dan iyunun 3-ü saat 02:10-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 16:20-dən 16:40-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 21:30-dan iyunun 3-ü saat 02:10-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdurrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə Ukraynanın Müdafiə naziri cənab Yuri Yexanurov Bakıya iki günlük rəsmi səfərə gəlmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 3-də Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 1-də saat 09:30-dan 14:15-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu Mosesqex və Çinari kəndlərindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini;- saat 12:00-dan 12:05-dək və saat 22:30-da Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 23:30-dan iyunun 2-si saat 02:45-dək fasilələrlə Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 00:10-dan 00:45-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində birgə treninqlər (01-30 iyun) keçiriləcək.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 31-də saat 00:00-dan 00:05-dək Ermənistan Respublikası Noyemberyan rayonu ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsindəki mövqelərini;- mayın 30-da saat 21:30-dan 22:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:05-dən 22:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 22:35-dən 22:45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində birgə treninqlər (01-30 iyun) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 29-da saat 17:40-dan 17:50-dək Ermənistan Respublikası Berd rayonu Mososqex kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini;- mayın 30-da saat 04:50-dən 05:10-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.