Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2008 00:01

Müdafiə nazirliyinin məlumatı

Müdafiə Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikası Milli Məclisinin deputatları və bir sıra qeyri-hökumət təşkilatları rəhbərlərinin iştirakilə dəyirmi masa keçirilmişdir. Ordu və cəmiyyət arasında münasibətlərə həsr olunmuş dəyirmi masanı Müdafiə Nazirliyi Tərbiyəvi İşlər İdarəsinin rəisi polkovnik Vaqif Məmmədov açdı. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu, millət vəkilləri Bəxtiyar Sadıqov, Aydın Həsənov, Aydın Mirzəzadə, Bəxtiyar Əliyev, Elmira Axundova, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Sədaqət Bənənyarlı, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Azərbaycan Müharibə Veteranları Şurasının rəhbəri Füzuli Rzaquliyev, Milli Qeyri-Hökumət Forumunun rəhbəri Rauf Zeyni və başqaları tədbirin keçirilməsini müsbət qiymətləndirmiş, ordu və cəmiyyət arasında münasibətlə bağlı fikir və təkliflərini söyləmişlər. Polkovnik Vaqif Məmmədov dəyirmi masaya yekun vuraraq səsləndirilən fikirlərə öz münasibətini bildirmiş, irəli sürülən təkliflərin nəzərə alınacağını demişdir.
Tədbir başa çatdıqdan sonra qonaqlar Təlim və Tədris mərkəzində yataqxanaları gəzmiş, şəxsi heyətin məişət şəraiti ilə yaxından maraqlanmışlar. Millət vəkilləri və qeri-hökumət təşkilatlarının rəhbərləri həmçinin əsgər yeməkxanasına baş çəkmiş, zabit və əsgərlərin qida rasionu ilə tanış olmuşlar. Qonaqlar dəyirmi masanın təşkilindən, Təlim və Tədris Mərkəzində gördüklərindən xoş təəssüratla ayrılmışlar.
Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.