Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 30-da saat 13:30-dan 13:40-dək, 13:55-dən 14:05-dək və 22:25-dən 22:45-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Berkaber kəndi və Noyemberyan rayonu Berdavan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı, Kəmərli və Tovuz rayonunun Ağbulaq kəndləri ərazisində yerləşən mövqelərini;
- saat 13:35-dən 13:45-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən;
- saat 14:30-dan 14:42-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- oktyabrın 31-də saat 01:45-dən 02:10-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:30-dan 01:50-dək, 02:20-dən 02:50-dək fasilələrlə Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri yaxınlığında  yerləşən mövqelərdən;
- saat 02:00-dan 02:20-dək Cəbrayıl rayonunun Çaxırlı kəndi yaxınlığında  yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.