Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 31-də saat 19:05-dən 19:10-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:45-dən 22:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- noyabrın 1-də saat 01:00-dan 01:15-dək və 03:50-dən 04:00-dək Tərtər rayonunun Qızıloba və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.