Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2008 00:01

Müdafiə nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Xroniki otitlərin cərrahi müalicəsi kursu (01-14 noyabr); Xroniki hepatitlərin müalicəsi kursu (01-28 noyabr); Koronar şuntlama cərrahiyəsi kursu (07-23 noyabr); İstanbul şəhərində Kütləvi qırğın silahlarından mühafizə üzrə təlimatçılar kursu (02-15 noyabr); İzmir şəhərində Səhra mühəndisliyi və minalar üzrə kurs (07noyabr-05dekabr);
Azərbaycan Respublikası ilə Norveç arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində BMT Sülhü Dəstəkləmə Əməliyyatları mövzusunda seminar  (03-07 noyabr);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Hürt, Hamburq şəhərlərində Quru Qoşunları Baş Qərargah kursu; Hürt, Flenzburq şəhərlərində HDQ Baş Qərargah kursu (05 noyabr 2008-31 avqust 2010);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bolqarıstanda Qara dəniz sahilində ABŞ Flaqman “Mount Vitney” gəmisində keçiriləcək tədbirdə iştirak (08-17 noyabr); Bakı şəhərində Fərdi təlim standartları və hərbi hissənin təlim texnikası mövzusunda seminar (10-14 noyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.