AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 15:40-dan 16:00-dək, 23:50-dən 00:00-dək, dekabrın 16-da saat 02:00-dan 02:10-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini; - saat 20:30-dan 20:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 21:20-dən 21:45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Dekabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev NATO Baş katibinin müavini Klaudio Bizoneronu qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 00:35-dən 00:40-dək və 05:00-dan 05:30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı və Çəmənli kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 02:20-dən 02:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Dəniz terrorçuluğa qarşı əməliyyat təlim kursu (15-19 dekabr); ABŞ Dəniz piyadaları tərəfindən növbəti çavuş hazırlığı kursu (15-20 dekabr); Varna şəhərində (Bolqarıstan) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə gəzinti (24 dekabr 2008-10 yanvar 2009); Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Elektron Rabitə və Məlumat Sistemləri (MEBS) üzrə qarşılıqlı əməkdaşlıq və araşdırma fəaliyyətlərində iştirak etmək üçün Azərbaycan MN Rabitə və AİV Mərkəzini ziyarət (16-18 dekabr); Azərbaycan-Türkiyə yüksək səviyyəli Hərbi Dialoq iclası (22-24 dekabr); Ankara şəhərində “Şahin gözü” elektro-optik sensor sistemi ilə tanışlıq üzrə ixtisas hazırlığı kursu (22-24 dekabr); Samsun şəhərində Gizirlər üçün səhra tibb xidmətləri üzrə təməl kurs (24 dekabr 2008–14 mart 2009) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 12-də saat 23:10-dan 23:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 23:10-dan 23:45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- dekabrın 13-də saat 00:35-dən 01:05-dək Tərtər rayonun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 06:40-dan 07:05-dək Füzuli rayonun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Azərbaycan Respublikasının Xocavənd rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 11-də saat 10:20-dən 10:35-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini; - saat 10:30-dan 10:45-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Məzəmli və Bağanis Ayrım kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 14:30-dan 14:45-dək və 15:15-dən 15:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:20-dən 20:50-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 10-da saat 22:00-dan 22:10-dək Ermənistan Respublikası Noyemberyan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini; - dekabrın 11-də saat 00:35-dən 00:42-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 05:45-dən 06:00-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 9-da saat 16:00-dan 16:25-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar, Voskevan və Vazaşen, İcevan rayonu Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini; - saat 22:45-dən 22:55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 5-də saat 13:55-dən 14:25-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini; - saat 10:10-dan 10:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - dekabrın 6-da saat 01:10-dan 01:41-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.