AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 10-da saat 17:20-dən 17:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 18:55-dən 19:10-dək, 21:10-dan 21:15-dək və 22:25-dən 22:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 11-də Azərbaycan Respublikası Füzuli rayonu ərazisində, Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Martın 10-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vasili İstratovu qəbul edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 9-da saat 20:20-dən 20:30-dək Ermənistan Respublikası Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Martın 9-da Bakıda səfərdə olan Türkiyə Respublikasının Jandarma Baş Komandanı ordu generalı Avni Atilla İşık Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 6-da saat 19:10-dan 19:20-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- saat 11:15-dən 11:30-dək və 13:25-dən 13:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 18:00-dan 18:15-dək və 23:30-dan 23:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklər və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən;- martın 7-də saat 00:10-dan 00:30-dək və 06:24-dən 06:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 10:50-dən 11:20-dək və 17:15-dən 17:35-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:55-dən 19:20-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 21:30-dan 21:40-dək və 23:15-dən 23:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:30-dan 22:40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Martın 6-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Qətər dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şeyx Mübarək Bin Fəhd Cəsim Əl-Tanini qəbul edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də saat 13:30-dan 13:40-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23:05-dən 23:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 3-də saat 10:10-dan 10:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.